Ordu.az xəbər verir ki, REM sistemləri sayəsində hərbçilər uzaqdan idarə edilən əldəqayırma partlayıcılardan qorunacaqlar.
METEKSAN tərəfindən yerli imkanlarla hazırlanan “Merter” REM vasitələrinin ilk tədarükləri 2022-ci ilin sonuna qədər Türkiyə Silahlı Qüvvələrinə ediləcək.
“Merter” və “Mert” sistemləri V/UHF tezlik diapazonlarında hədəflərin uzun məsafəli əlaqəsini kəsmək üçün istifadə edilən REM vasitələridir. Fərqli əməliyyat ehtiyaclarını ödəmək üçün hazırlanmış sistem bütün V/UHF tezlik diapazonunu əhatə edəcək və stasionar obyektlərin mühafizəsində və ya hərəkətdə olan vasitələrin PUA təhdidlərindən qorunmasında iştirak edə biləcək. “Merter” çiyin çantasında tək personal tərəfindən daşınabilən sistemdir. “Mert” isə daha çox sabit hədəflərin qorunması üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az