Cənubi Koreya L-SAM adlı HHM sistemini uğurla sınaqdan keçirib

2022/11/1669374867.jpg
Oxunub: 256     16:45     25 Noyabr 2022    
Cənubi Koreya L-SAM adlı uzaq mənzilli Hava Hücumundan Müdafiə (HHM) sisteminin sınağını uğurla həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Cənubi Koreya Şimali Koreyanın atdığı raketlərə qarşı inkişaf etdirdiyi uzun mənzilli L-SAM sistemi Koreyanın Hava Hücumundan və Raket Əleyhinə Müdafiəsi (KAMD) adlanan eşalonlu HHM çətirinin mühüm hissəsini təşkil edir. Sistem ABŞ tərəfindən hazırlanmış THAAD sistemi ilə oxşar xüsusiyyətlərə malikdir.

Cənubi Koreyanın Müdafiə İnkişafı Agentliyi (ADD) sistemi 2024-cü ilə qədər tamamlamağı, 2026-cı ildə kütləvi istehsala başlamağı və 2027-ci ildə Koreya ordusunda istifadə etməyi hədəfləyir.

Raket sınağı ilə yanaşı, Cənubi Koreyanın Dövlət Silahlanma Agentliyi PUA-lara qarşı müdafiə sisteminin yaradılması istiqamətində işlərin aparıldığını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   ABŞ  


Bizi "telegram"da izləyin