Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri yazıb.
UMTAS, L-UMTAS və OMTAS-dan sonra Türkiyənin milli vasitələrlə inkişaf etdirdiyi 4-cü tank əleyhinə raketi olan “Karaok” digər raketlərdən fərqli olaraq yalnız bir hərbi qulluqçu tərəfindən istifadə oluna biləcək.
Raket IIR infraqırmızı sensorları ilə hədəflərini dəqiq məhv etməyi bacaracaq. İlk mərhələdə 1,5 kilometr mənzilə sahib olması planlaşdırılan “Karaok” raketi sınaqlarda yüksək performans göstərərək 2,5 kilometr mənzilə çatıb. Atıcı qurğusu ilə diametri 125 millimetr, çəkisi 16 kiloqram olan “Karaok” raketi zirehdələn tandem döyüş başlığına malikdir və “atdım-unutdum” istifadə rejimində işləyir.
Sevinc Əliyeva
Ordu.az