Ehtimal olunur ki, Ermənistan bəyanatdakı hansısa maddələrdən narazı olub və ya hansısa məsələlər sənəddə yer almayıb. Hər şey prosesin nə qədər ciddi olmasından, hətta fikir ayrılıqları olsa belə, nə qədərinin sadəcə formal xarakter daşımasından və KTMT üzvlərinin dəstəkləməyə vaxt ayırmasından asılıdır.
Bu halda sual yaranır ki, Ermənistan KTMT-dən çıxa bilərmi? Heç bir praktiki addım olmasa, İrəvanda KTMT-ni tərk edəcəkmi? KTMT iclasının olduğu gecə Putinin sözçüsü Peskov Ermənistanın təşkilatda qalacağını bildirib.
İddia edilir ki, Ermənistan KTMT-dən çıxmaqla Qərbdən daha çox yardım alacaq. Ancaq bu fikirlər tamamilə absurddur. Qərb KTMT-nin Rusiya olduğunu başa düşür və problem Ermənistanın KTMT-yə formal üzvlüyü deyil, Rusiyanın özündədir.
Bəs Qərb dəstək versə, Ermənistan Rusiya ilə əlaqələrini kəsəcək, Rusiya hərbi bazasını və Rusiya sərhədçilərini Ermənistandan çıxaracaqmı və ya çıxara biləcəkmi? Bu sualı eşidən erməni ekspert dairələri sükuta üstünlük verirlər.
KTMT “aysberqin” görünən hissəsinə çevrilib, halbuki faktiki problem “su altında”dır. Ermənistanın faktiki olaraq təhlükəsizlik mexanizmi yoxdur.
Aqil Məmmədov
Ordu.az