Paşinyanla Putin maşında nəyi müzakirə edib?

2021/05/78578-1621330341.jpg
Oxunub: 235     15:32     25 Noyabr 2022    
KTMT Assambleyasında iştirak etmək üçün İrəvana gələn Vladimir Putini hava limanında birbaşa Ermənistanın baş naziri Nikol Paşinyan qarşılayıb. Digər KTMT liderlərini Ermənistan baş nazirinin müavini Mher Qriqoryan salamlayıb. Rusiya Federasiyası Prezidentinin gəlişinə göstərilən xüsusi münasibət dövlət başçılarının fəaliyyət praktikasında unikal deyil, lakin bu cür jestlər səfərin xüsusi əhəmiyyəti vurğulamaq üçün edilir.

Ermənistanın baş naziri Putinin əvvəlki səfəri zamanı baş vermiş narazılıqdan bu formada sığortalanmağa çalışırdı. Putin təyyarədən endikdən sonra Paşinyana KTMT Assambleyasına eyni maşında getməyi təklif etdi. İki liderin Putinin xidməti avtomobilində getmələri diqqətəlayiq faktdır. Hava limanından İrəvanın mərkəzinə qədər olan qısa müddətdə Nikol Paşinyanla Putin maşında nə danışıb?

Söhbətin mövzusu Assambleyanın müzakirələrinin məzmunu və ondan əvvəl müəyyən oxların aydınlaşdırılması ilə bağlı idi, yoxsa daha dərin məsələlər var idi?

Paşinyan-Putinin İrəvanda təkbətək söhbətinin əvvəlcədən planlaşdırıldığını nəzərə alsaq, görünür, Putinin Paşinyanla sadəcə ikisinin olduğu danışıqlara ehtiyacı olub və sözlərini digər Ermənistan rəsmilərinin eşitməməsini istəyib. Qısa danışıq zamanı KTMT ilə bağlı danışıqlar olub, yoxsa Putin bir gün əvvəl Azərbaycan lideri İlham Əliyevlə apardığı telefon danışığının detalları barədə müzakirələr aparıb?

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Paşinyan   KTMT  


Bizi "telegram"da izləyin