Ermənistan təxribatları artırır| Vardanyan Oskanyan və Ara Ayvazyanı cəlb etməyə çalışır?

2022/11/1669362049.jpg
Oxunub: 184     17:01     25 Noyabr 2022    
Qondarma qurumun “nümayəndəsi” Lusine Avanesyan Qarabağda (qondarma qurum – red.) “xarici işlər naziri vəzifəsi”nə Vardan Oskanyan və Ara Ayvazyanın namizədliyi ilə bağlı müzakirələrin getdiyi barədə mediada yayılan xəbərləri şərh edib. Avanesyan “Hraparak” nəşrinin sualına cavab olaraq bildirib ki, Arayik Harutyunyan hələ də “xarici işlər naziri” təyin etməyib və Davit Babayan “xarici işlər nazirinin səlahiyyətləri”ni yerinə yetirməkdə davam edir.

“Cənab Vardan Oskanyanın və cənab Ara Ayvazyanın diplomatik təcrübəsinə gəlincə, qeyd etməliyəm ki, Arayik Harutyunyan onlara “xarici işlər nazirliyi”nə rəhbərlik etməyi təklif etməyib və belə bir məsələ hazırda gündəmdə deyil. Dəqiq qərar qəbul edildikdən sonra həm “xarici işlər naziri”nin, həm də digər “nazirlər”in təyinatları ilə bağlı “sərəncamlar” açıqlanacaq”, - deyə o bildirib.

Erməni mətbuatı bu barədə məlumat yayaraq yazır ki, Ruben Vardanyan öz “komandası”nı formalaşdırır və bu çərçivədə Vardan Oskanyan və ya Ara Ayvazyanı öz “komandası”na əlavə etmək istəyir. Nəşrlərin yazdığına görə, Vardanyan bu təklifi bu günlərdə getdiyi Moskvadan qayıdandan sonra verəcək. Mətbuat yazır ki, Arayik Harutyunyanın kadrları sadəcə qanunsuz “güc sturukturları”nda qalacaq.

Moskvanın göndərdiyi Vardanyan son günlər iddia edir ki, qondarma qurum üçün “yeni yanaşma”lara ehtiyac var. Oskanyan və ya Ayvazyana verilən “vəzifə təklif”ləri bu “yanaşma”ların tərkib hissəsi ola bilər.

Burada adları çəkilən şəxslər Ermənistanın keçmiş rəsmiləridir, onlar Ermənistan XİN başçısı vəzifəsində təcrübə toplayıblar. İndi Moskvanın adamı onları Qarabağa gətirmək istəyir. Onların təklifləri qəbul edib etməyəcəyi məlum deyil.

Vardan Oskanyan son vaxtlar aktivləşib, mövcud vəziyyəti dəyərləndirməyə, yanaşmalar, həll yolları təklif etməyə çalışdığı məqalələr dərc edir. Ayvazyandan isə mitinqdə son iştirak istisna olmaqla ciddi səs çıxmır.

Hər bir halda Vardanyan “nazir oyunu” ilə rusların olduğu ərazilərdə nəsə etməyə çalışır. Bu hadisələrin fonunda son günlər demək olar ki, hər gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni dəstələri Azərbaycan ordusunun mövqelərini atəşə tutur və Rusiya sülhməramlıları onların qarşısını almır. Vardanyanın qondarma qurum daxilində öz mövqeyini möhkəmləndirmək üçün “nazir” axtarışları ilə yanaşı təxribatları təşviq etməsi də həqiqətdir.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erm'nistan   Təxribat   Müharibə  


Bizi "telegram"da izləyin