Ermənistan parlamentinin müxalif deputatı mandatından imtina edib

2022/11/1669369941.jpg
Oxunub: 191     13:31     25 Noyabr 2022    
Ermənistan parlamentinin “Ermənistan” adlı müxalif fraksiyasının üzvü Aram Vardevanyan deputat mandatından imtina edib.

Ordu.az “Novosti Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb.

O, mandatdan imtina ilə bağlı qərarını deputat həmkarları ilə müzakirə etdiyini vurğulayıb.

A.Vardevanyan hüquqi fəaliyyətlə məşğul olacağını vurğulayaraq bu sahədə çoxlu iş olduğunu söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müxalifət  


Bizi "telegram"da izləyin