Çavuşoğlu: “Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir"

2022/09/62580-1664183276.jpg
Oxunub: 120     11:48     25 Noyabr 2022    
“Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir”.

Ordu.az xəbər verir ki, bunu Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə Azərbaycana gedib: "Gürcüstan isə strateji müttəfiqimizdir".

Onun sözlərinə görə, Xəzər keçidli Şərq-Qərb dəhlizinin əhəmiyyəti hər ötən gün artır.

Nazir söyləyib ki, Azərbaycanın işğal altındakı torpaqlaırnı azad etməsi yeni fürsətlər yaradıb: “Sınaqların fərqindəyik. Vaxt itirmək niyyətimiz yoxdur”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Çavuşoğlu  


Bizi "telegram"da izləyin