Erməni ictimai xadim: “Paşinyan çox gözəl anlayır ki, KTMT Ermənistanı dəstəkləməyəcək”

2022/11/1669362838.jpg
Oxunub: 189     14:42     25 Noyabr 2022    
“Bəzi qüvvələr hesab edirdilər ki, Moskva bizim xilasımızın xilaskarıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Asparez Jurnalistlər Klubunun proqramlar rəhbəri Levon Barseğyan deyib.

Onun sözlərinə görə, KTMT yox, imperiyanın bərpası təşkilatı var.

Barseğyan düşünmür ki, Paşinyan KTMT-nin içi boş, Kreml strukturu olduğunu anlamır.

“Paşinyan çox gözəl anlayır ki, KTMT Ermənistanı dəstəkləməyəcək: bəlkə də vaxtı uzadır”, - deyə Barseğyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin