“Paşinyan niyə KTMT-də sənəd imzalaya bilmədi?” - Xamoyan

2022/03/pashi-1647425075.jpg
Oxunub: 328     17:29     25 Noyabr 2022    
“Biz Nikol Paşinyandan soruşmalıyıq: “Azərbaycanın fəaliyyəti zamanı Ermənistan KTMT-yə sədrlik edən ölkə olduğu halda nə üçün Azərbaycanın hərəkətlərinə siyasi qiymət verən, qabaqlayıcı tədbirləri özündə əks etdirən sənədi imzalaya bilmədi?””.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan deyib.

O qeyd edib ki, Ermənistan hökuməti heç vaxt günahını etiraf etmir.

“Onların fikrincə, nə müharibəyə təhrik etməkdə, nə danışıqların uğursuzluğunda, nə də Azərbaycan qoşunlarının “Ermənistan ərazisi”ndə qalmasında günahları yoxdur. Onların heç bir günahı yoxdur. İndi elə bir vəziyyət yaranıb ki, Azərbaycanın KTMT-də Ermənistandan daha çox dostu var. Bu suallar Ermənistan hökumətinə verilməlidir”, - deyə Xamoyan bildirib.

Erməni deputat KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı KTMT-nin nüfuzuna xələl gətirən cinayət işini xatırladıb.

“Bu, həmin Nikol Paşinyandır ki, 2019-cu ildə Putini hava limanında “qəhrəmancasına” qarşılamamışdı. Onun bütün addımları öz hakimiyyətini saxlamaq məqsədi daşıyır. Əgər zamin Rusiyadırsa, o zaman Ermənistanı Rusiya ilə münasibətlərin inteqrasiyası istiqamətində aparacaq, zamin Qərbdirsə, Qərb istiqamətində aparacaq. Əgər hakimiyyət bizim siyasi qüvvəmiz olsaydı, fraksiyamızın lideri Robert Köçəryan baş nazir olsaydı, Paşinyanın dövründəki kimi bir vəziyyət qətiyyən olmazdı”, - deyə o yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   KTMT  


Bizi "telegram"da izləyin