“Putlerin “sxodka”sı İrəvandadır, bu, KTMT-yə üzv olan bəzi ölkələrin rekviyemidir” - Şirinyan

2019/09/4564-1569234310.jpg
Oxunub: 186     15:09     25 Noyabr 2022    
“Putler İrəvanda “sxodka” təşkil edib. Ölən imperiya bərpa olunmayacaq”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Levon Şirinyan deyib.

Onun sözlərinə görə, Rusiya ölür, Ermənistan orada ola bilməz, ölkə keçid keçməlidir.

“Roma və Qızıl Orda sivilizasiyanın beşiyi olan İrəvanda görüşürlər. Rusiyanın hər bir təşəbbüsü Ermənistanın və erməni xalqının həyati maraqlarına qarşı yönəlib. Hazırlaşmaq və ölkəni Rusiya Federasiyasının caynağından çıxarmaq lazımdır”, - deyə Şirinyan qeyd edib.

Şirinyan bildirib ki, İrəvanda keçirilən KTMT sammiti KTMT-yə üzv olan bəzi ölkələrin rekviyemidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   KTMT  


Bizi "telegram"da izləyin