Paşinyan niyə MTX-nin arxiv materiallarının məhv edilməsinin tərəfdarıdır?

2020/10/13174-1603088731.jpg
Oxunub: 143     14:22     25 Noyabr 2022    
“Bu gün parlament növbədənkənar iclasda Nikol tərəfindən Milli Təhlükəsizlik Xidmətinin arxiv materiallarının məhv edilməsinin mümkünlüyü ilə bağlı layihəni müzakirə edir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Robert Hayrapetyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Nikol hökumətinin istənilən vaxt MTX-nin arxiv materiallarını məhv etmək imkanı var ki, bu da təbii olaraq gələcəkdə bir sıra halların aydınlaşdırılmasını çətinləşdirəcək.

“Layihəyə uyğun olaraq materialların məhv edilməsi səlahiyyəti istənilən vəzifəli şəxsin təkbaşına qərarı ilə həyata keçirilə bilər, çünki layihənin “başqa hüquqi aktlarla” ifadəsi kiçik kənd icmasının ağsaqqallar şurasının qərarını belə nəzərdə tutur. Bu faktiki olaraq bütün arxiv materiallarını, o cümlədən rəqib ölkələrin agent şəbəkələri və s. ilə bağlı arxiv materiallarını məhv etməyə imkan verir. Bəlkə də qanunun “qırmızı xətti” məlumatı sıfıra endirmək və mühakimə olunmamaqdır”, - deyə Hayrapetyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   MTX  


Bizi "telegram"da izləyin