“MTX keçmiş müdafiə nazirinin əmlakının satışının qanuniliyini araşdırmalıdır” - Köçəryan

2021/01/d45d4-1610787229.jpg
Oxunub: 152     17:12     25 Noyabr 2022    
“Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri Vigen Sarkisyanın hazırda istintaq altında olan əmlakının satışının qanuniliyini araşdırmalıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri, hakim partiyadan olan deputat Andranik Köçəryan deyib.

O, eks-nazirin xaricdəki iki mənzilini bir gündə necə satmasına təəccübləndiyini bildirib.

“Belə bir şeyin necə ola biləcəyi məni və hamımızı narahat edir. Mən Milli Təhlükəsizlik Xidmətindən xahiş edirəm ki, belə halları araşdırsın”, - deyə erməni deputat vurğulayıb.

Köçəryan Ermənistan MTX-ni bu cür problemlərə daha çox diqqət yetirməyə çağırıb.

“Dövlətə ziyan vuran şəxslər kompensasiya verməlidirlər, amma nədənsə bu baş vermir”, - deyə Köçəryan qeyd edib.

O, həmçinin Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın mühafizə xidmətinin keçmiş rəhbəri, özü də istintaq altında olan Vaçaqan Qazaryanın ölkəni necə tərk etdiyini soruşub.

Qeyd edək ki, bundan əvvəl Ermənistan mediasında Vigen Sarkisyanın İrəvanın mərkəzindəki mənzillərini satması barədə məlumatlar yayılıb. Üstəlik, sövdələşmə bağlandıqdan cəmi bir gün sonra həmin daşınmaz əmlaka həbs qoyulub. Mənzillərin ümumi dəyəri 2,5 milyon dollar olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin