“Sputnik Ermənistan”: 44 günlük müharibə ilə bağlı bir sıra məmurlar dindirilib

2022/04/99-28-1650372656.jpg
Oxunub: 143     14:55     25 Noyabr 2022    
Ermənistanın bir sıra vəzifəli şəxsləri müharibə zamanı bir qrup yüksək vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi cinayəti işi üzrə dindirilib.

Ordu.az xəbər verir ki, məlumatı “Sputnik Ermənistan”ın yazılı sorğusuna cavab olaraq Ermənistan İstintaq Komitəsi verib.

Konkret kimin dindirilməsinə gəlincə, Ermənistan İstintaq Komitəsi ibtidai istintaqın maraqlarını əsas gətirərək ətraflı açıqlama verməyib.

Ermənistan İstintaq Komitəsi həmçinin prosesin ibtidai istintaqının hansı mərhələdə olduğu barədə məlumat verməyib.

Eyni zamanda Ermənistan İK xatırladıb ki, Baş nazir Nikol Paşinyan cinayət işi üzrə dindirilib və şahid statusuna malikdir.

Xatırladaq ki, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ağır nəticələrə səbəb olma xüsusiyyətləri ilə cinayət işi başlanıb.

44 günlük müharibədə ölmüş erməni hərbi qulluqçuların yaxınları bir neçə dəfə prokurorluq binası qarşısında etiraz aksiyası keçirib. Onlar prokurorluqdan başlanmış işin Ermənistan Milli Təhlükəsizlik Xidmətinə verilməsini tələb ediblər.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin