“6 il Müdafiə Nazirliyini dizel yanacağı ilə təmin etmişəm” - Serj Sarkisyanın işindən DETALLAR

2020/04/00-13-1585995344.jpg
Oxunub: 262     16:55     25 Noyabr 2022    
Noyabrın 24-də Vahe Misakyanın sədrliyi ilə İrəvan şəhərinin Avan və Nor Nork Ümumi Yurisdiksiya Məhkəməsində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan, “Flash” şirkətinin sahibi Barseğ Beqlaryan və Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin keçmiş rəisi Gevorq Harutyunyanın işi üzrə keçirilən məhkəmə iclasında iş üzrə əsas şahid Sevan Köçəryan dindirilib.

Ordu.az xəbər verir ki, bu iş üzrə məhkəmə iclasları iş üzrə şahidin məhkəməyə gəlməməsi səbəbindən mütəmadi olaraq təxirə salınırdı.

İşdə qeyd olunan dizel yanacağı tenderinə toxunan şahid qeyd edib ki, bu, Ermənistan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən güzəştli dizel yanacağının verilməsinə aid idi.

“Ümumi 27 milyon litr idi, amma biz 17 milyon litr dizel yanacağını xaricdən gətirərək kəndlilərə çatdırmağı qərara aldıq”, - deyə şahid bildirib.

Şahid prokurorun həmin dövrdə bazara verilən dizel yanacağının qiymətinin 470 dram olması ilə bağlı cümləsinə qarşı çıxıb.

“425 ilə 430 arasında təşkil etmişik. Real bazar qiymətini vermişik. İrandan daha ucuz qiymətə dizel yanacağını gətirmək mümkün idi, biz hesablayıb cəmi 5 dram diapazonunda dəyişdik: 430-425. Məlumatımız olduğu üçün 425 vermişik”, - deyə o qeyd edib.

Şahid vurğulayıb ki, altı il ərzində rəhbərlik etdiyi şirkət Müdafiə Nazirliyini güzəştli qiymətlərlə dizel yanacağı ilə təmin edib.

“Müsabiqənin nəticələri məlum olmamışdan 15 dəqiqə əvvəl “Flash” şirkətinin direktoru Yaşa Xaçatryan mənimlə danışıb və onların sahəsinə girildiyi barədə xəbərdarlıq edib. 20 ilə yaxındır ki, bazardayam. Bazarda hamını tanıyırdım. Mənə Lennakandan dedilər ki, elan olunmuş müsabiqədə “Flash” qalib oldu. Bu haqda mənə mərhum Lernik danışdı. Soyadı yadımda deyil, amma ləqəbi Tat idi, əli üzülmüşdü. Bazarda olduğumuz və qiymət siyasəti ilə bağlı məlumatlı olmağımız lazım olduğu üçün çoxlu insanlarla əlaqə saxlayırdıq. 6 il Müdafiə Nazirliyini dizel yanacağı ilə təmin etmişəm. Lernikə daha bir neçə məsələyə aydınlıq gətirmək üçün zəng etdim, dedi ki, artıq kənd təsərrüfatı yanacağının satışına başlayıblar. Öyrəndim ki, “Maks” tədarük etmir, yalnız “Flash” qalıb”. - deyə o əlavə edib.

Xatırladaq ki, bu iş üzrə Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı Cinayət Məcəlləsinin 38-179-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan   Korrupsiya  


Bizi "telegram"da izləyin