Ermənistan müharibəni qızışdırır – Davtyan separatçılara təkliflə çıxış edib

2022/04/f5bac-1650869186.jpg
Oxunub: 360     16:40     25 Noyabr 2022    
Ermənistanın keçmiş baş prokuroru Artur Davtyan hələ də işsizdir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr məlumatlı mənbələrindən öyrənib ki, Artur Davtyan qondarma qurumla görüş zamanı Qarabağda “vəzifə” tutmağa hazır olduğunu bildirib. Başqa sözlə, keçmiş prokuror daimi yaşayış yerini dəyişərək Qarabağa gəlməyə hazırdır.

“Lakin hələlik hüquqi biliyə malik Artur Davtyanın potensialından harda istifadə etməyin mümkün olacağına qərar verilməyib. Məgər Davtyanın təklifi ümumiyyətlə qəbul olunacaq və o, Qarabağda “vəzifə” alacaq? Təbii ki, nəşrimiz bu mövzu ilə bağlı Artur Davtyandan şərh almağa çalışsa da, o, israrla mesajlarımıza cavab vermədi. Xatırladaq ki, bu ayın əvvəlində iş adamı Ruben Vardanyan Qarabağda (qondarma qurum – red.) “dövlət naziri” təyin edilmişdi və Moskvadan Xankəndiyə gələn Ruben Vardanyan enerji sektorundan başqa bütün “idarəçiliyi” həyata keçirəcək. “Hərbi strukturlara” nəzarət Arayik Harutyunyanın nəzarəti altında qalmaqda davam edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Davtyan  


Bizi "telegram"da izləyin