Ermənistanda, Dilican şəhərinin “N” saylı hərbi hissəsinin atəş sahəsinə bitişik ərazidə noyabrın 24-də baş vermiş yanğının söndürülməsi işləri müvəqqəti olaraq dayandırılıb.
Ordu.az xəbər verir ki, “Hayantar” MMC-nin “Dilican Meşə Təsərrüfatı” bölməsinin əməkdaşları tərəfindən növbətçilik müəyyənləşdirilib.
Bir müddət əvvəl Ermənistan mediasında bildirilmişdi ki, noyabrın 24-də saat 11:51-də Tavus regional böhran idarəetmə mərkəzinə Dilican şəhərinin “N” saylı hərbi hissəsinin piloqonuna bitişik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Ermənistan FHN-in xilasediciləri hadisə yerinə cəlb olunub.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Yanğın