Hindistan mətbuatı: Hindistan Ermənistan silahlı qüvvələrinə təlim keçə bilər

2022/11/1669362397.jpg
Oxunub: 222     16:22     25 Noyabr 2022    
Hindistanlı hərbi ekspert Kapil Komiredi yerli KİV-lərə Ermənistan-Hindistan hərbi-siyasi əlaqələri və silah satışı sövdələşmələrindən danışıb.

Ordu.az-ın məlumatına görə, Komiredi Ermənistana kömək etmək, onu silahlandırmaq və Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı Ermənistanı dəstəkləməkdən danışıb.

Komiredi qeyd edib ki, Ermənistan müdafiə ehtiyacları üçün Hindistanla getdikcə daha çox əməkdaşlıq edir. Bu yaxınlarda İrəvan yerli istehsal olan raket sistemləri və artilleriya silahları üçün sifarişlər verib.

“Dehlinin bu münaqişəyə qarışmaması çətin ki, Ermənistanın rəqiblərini Hindistanın işlərindən uzaq durmağa inandırsın. Nəzərə almaq lazımdır ki, Ermənistanı məhv etməyə çalışan qüvvələr Hindistanı da zəiflətməyə çalışırlar. Onların Avrasiyadakı tam qələbəsinə məhəl qoymamaq Cənubi Asiyada planlarını ləngitmək və uğursuzluğa düçar etmək deməkdir. İrəvana silah satmaqdan daha çox iş görmək Hindistanın marağındadır”, - hindistanlı hərbi ekspert yazıb.

Komiredinin sözlərinə görə, Hindistan Ermənistanın silahlı qüvvələrinə təlim də keçə bilər.

Rəsmi Dehli həmçinin Hindistanın regional təhlükəsizliyə dərin maraq göstərdiyini Ankara, Bakı və İslamabada nümayiş etdirmək üçün İrəvana yüksək səviyyəli nümayəndə heyəti göndərə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Ermənistan  


Bizi "telegram"da izləyin