Erməni ekspert: “KTMT-yə üzv ölkələr Ermənistanı KTMT-dən çıxarmağa çalışırlar”

2022/08/orbel-1661775519.jpg
Oxunub: 208     16:10     25 Noyabr 2022    
“Belə bir təəssürat yaranır ki, KTMT-yə üzv ölkələr öz söz ehtiyatları ilə Ermənistanla dil tapmağa yox, Ermənistanı strukturdan sıxışdırmağa çalışırlar”.

Ordu.az xəbər verir ki, bunu erməni etnoqraf, “Orbel” analitik mərkəzinin eksperti Artak Xaçatryan deyib.

Onun sözlərinə görə, KTMT-yə üzv dövlətlər öz ifadələri ilə Ermənistanı KTMT-dən çıxarmağa çalışırlar.

Xaçatryan qeyd edib ki, Azərbaycan KTMT çərçivəsində mayalanma proseslərinə paralel olaraq bəzi fəaliyyətlərə gedir.

“İlham Əliyevin dedikləri həqiqətdən uzaq deyil. İlham Əliyev vasitəsilə Ermənistana başa salınır ki, KTMT-yə ümid etməyin”, - deyə Xaçatryan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin