İrəvan sakinləri Ermənistanın KTMT-dən çıxmasının tərəfdarıdırlar – SORĞU

2020/03/Untit-1585478517.jpg
Oxunub: 238     21:43     25 Noyabr 2022    
Ermənistanın “1in.am” nəşri ölkə vətəndaşlarının KTMT-yə münasibətinin necə olduğunu, həmin strukturu tərk etməyi zəruri hesab edib-etmədiyini öyrənmək üçün İrəvan küçələrində sorğu keçirib.

“KTMT ilə əməkdaşlıq etmək məqsədəuyğun və səmərəli deyil. Həmin strukturun fəaliyyəti dövründə mən ölkəmiz üçün müdafiə sahəsində səmərəli iş görməmişəm”, - deyə İrəvan sakinlərindən biri bildirib.

Başqa bir sakin deyib: “Mən deyə bilmərəm ki, nə KTMT-dən, nə də Avropadan yaxşı qoxu gəlir. Ermənistanın nəyəsə üzv qalmasına imkan verməyəcəklər, öz-özünə ölənə qədər ona işgəncə verəcəklər”.

İrəvan sakini olan bir qadın qeyd edib ki, KTMT Qazaxıstan kimi böyük bir ölkədə iğtişaşları dayandıra bildiyi halda Ermənistanda bunu etməyib, halbuki Ermənistanda bunu etmək daha asan idi.

“Ermənistan KTMT-dən çıxmalıdır, bir yerdən xeyir yoxdursa, çıxmaq lazımdır. KTMT-də yaxşı heç nə yoxdur”, - başqa bir İrəvan sakini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin