Erməni siyasi xadim: “KTMT-dən əlavə gözləntilər olmamalıdır”

2022/10/1666080192.jpg
Oxunub: 206     21:12     25 Noyabr 2022    
“KTMT-dən əlavə gözləntilər olmamalıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Arman Melikyan deyib.

Onun sözlərinə görə, KTMT Rusiya siyasətinin hərbiləşdirilmiş alətlərindən biridir.

“Rusiya Federasiyası Ermənistan və Azərbaycanda öz təsirini bərabər şəkildə artırmaq istəyir. Rusiya Ermənistanda öz təsirini Qarabağ vasitəsilə saxlayır. Ermənistana gəldikdə isə, Moskva Azərbaycana sərfəli mövqedədir”, - deyə Melikyan qeyd edib.

Melikyan qeyd edib ki, Ermənistanın bu cür davranışı Ermənistan hökumətinin mövqelərini gücləndirir.

“Cəmiyyət KTMT bəyannaməsini rədd etməklə Ermənistan hökumətinin öz iradəsini nümayiş etdirdiyini yüksək qiymətləndirir. Vitrini proseslərin faktiki gedişi və istiqaməti ilə qarışdırmaq olmaz. KTMT sammiti vitrin kimi idi”, - deyə o bildirib.

Erməni siyasi xadim vurğulayıb ki, ölkənin hətta KTMT-dən çıxmadan da öz suverenliyini nümayiş etdirmək imkanı var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin