Azərbaycan lideri: "Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq"

2022/11/8850c-1669362085.jpg
Oxunub: 167     11:38     25 Noyabr 2022    
"Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq".

Ordu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Ağalı kəndinin sakinlərinin artıq məskunlaşdıqlarını qeyd edən dövlət başçısı bildirib: “Bu, yalnız Qarabağın işğalı dövründə əziyyət çəkmiş keçmiş köçkünlər qarşısında bizim mənəvi borcumuzun təzahürü deyil. Biz Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağalı   Qarabağ  


Bizi "telegram"da izləyin