Separatçılar Oskanyan və Ayvazyan barədə nə düşünür?| “Belə bir məsələ hazırda gündəmdə deyil”

2022/11/1669362049.jpg
Oxunub: 255     20:43     25 Noyabr 2022    
Qondarma qurumun “nümayəndəsi” Lusine Avanesyan Qarabağda (qondarma qurum – red.) “xarici işlər naziri vəzifəsi”nə Vardan Oskanyan və Ara Ayvazyanın namizədliyi ilə bağlı müzakirələrin getdiyi barədə mediada yayılan xəbərləri şərh edib.

Avanesyan “Hraparak” nəşrinin sualına cavab olaraq bildirib ki, Arayik Harutyunyan hələ də “xarici işlər naziri” təyin etməyib və Davit Babayan “xarici işlər nazirinin səlahiyyətləri”ni yerinə yetirməkdə davam edir.

“Cənab Vardan Oskanyanın və cənab Ara Ayvazyanın böyük hörmətlə diplomatik təcrübəsinə gəlincə, qeyd etməliyəm ki, Arayik Harutyunyan onlara “xarici işlər nazirliyi”nə rəhbərlik etməyi təklif etməyib və belə bir məsələ hazırda gündəmdə deyil. Dəqiq qərar qəbul edildikdən sonra həm “xarici işlər naziri”nin, həm də digər “nazirlər”in təyinatları ilə bağlı “sərəncamlar” açıqlanacaq”, - deyə o bildirib.

Bundan əvvəl “Hraparak” nəşri qondarma qurumda Vardan Oskanyan və Ara Ayvazyanın “xarici işlər naziri postu”na namizədliyinin müzakirə olunduğunu yazmışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Oskanyan  


Bizi "telegram"da izləyin