“Hraparak”: “Qarabağ-Ermənistan parlamentlərarası komissiya” fəaliyyət göstərmir

2022/11/timth-1669362019.jpg
Oxunub: 192     20:12     25 Noyabr 2022    
Bu il avqustun 26-da separatçıların “rəhbər”lərindən biri Artur Tovmasyan iclas çağırıb və sentyabrın ikinci yarısında qondarma qurumla Ermənistan arasında “parlamentlərarası iclas”ın çağırılacağını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, sentyabr da keçib, oktyabr da keçib, amma hələ də “parlamentlərarası iclas” çağırılmayıb.

“Məlumata görə, sentyabrın 13-də baş vermiş müharibə vəziyyətinə görə Ermənistan qanunvericiləri “qarabağlı həmkarları”na razılaşmanı təxirə salmağı və iclası sonra çağırmağı təklif etsələr də, onlar hələ də yerindən tərpənmirlər. Xatırladaq ki, müharibədən sonra müxalifət və Qarabağ (qanunsuz məskunlaşmış – red.) sakinləri formalaşdırılması üçün nə qədər səy göstərsə də, “Qarabağ-Ermənistan parlamentlərarası komissiya” fəaliyyət göstərmir. 2021-ci il seçkilərindən bəri hakim partiyanın üzvləri komissiyanı yaratmayıb, onu yaratmaqdan, iclas çağırmaqdan israrla yayınırlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin