Erməni politoloq: “Cəmiyyət Moskvaya sevgi dolu fədakarlıq edəcək hakimiyyəti bağışlamayacaq”

2022/09/antin-1664361918.jpg
Oxunub: 272     22:19     25 Noyabr 2022    
“Ermənistan səlahiyyətliləri əmin olmalıdırlar ki, bizim bu mənasız strukturda (KTMT – red.) heç bir işimiz yoxdur”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Edvard Antinyan KTMT-nin İrəvan sammitini şərh edərkən deyib.

Antinyanın sözlərinə görə, Ermənistan öz qəti “yox”unu deməlidir.

“Gürcüstan və Azərbaycan da KTMT üzvü idilər, heç nə itirmədən getdilər. Ermənistanın KTMT-də qalması gözlənilməz bir nəticədir. Biz hər şeyi Rusiyaya vermişik, alternativ məsələsini həll etməmişik”, - deyə o bildirib.

Antinyan qeyd edib ki, Ermənistanın dağıntılar altında qalmağa hazır olduğunu düşünmür.

“Ermənistan cəmiyyəti Moskvaya sevgi dolu fədakarlıq edəcək hakimiyyəti bağışlamayacaq”, - deyə erməni politoloq əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin