“KTMT ilə bağlı rəzaləti davam etdirmək, xalqa mənəvi ziyan vurmaq kifayətdir” - Mehrabyan

2020/03/Ruben-1584004591.jpg
Oxunub: 210     12:11     25 Noyabr 2022    
“Biz demokratiyaya təhlükəsizlik əsası kimi deyil, brend kimi baxırıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Respublika Naminə Partiyasının sədr müavini Ruben Mehrabyan deyib.

KTMT sammitinin İrəvanda keçirilməsinə toxunan Mehrabyan bildirib ki, bu komediyaya son qoyulmalıdır.

“Nikol Vovaeviçə nəyisə başa salmağa gələn Putinin mətbuat katibi Lukaşenko kimdir? Hakimiyyət günahkardır, bu rəzaləti davam etdirmək, xalqa mənəvi ziyan vurmaq kifayətdir. Ermənistan hökuməti günahkardır. Nə qədər ki, biz zibillikdən çıxışımızı qanuni şəkildə rəsmiləşdirməmişik, danışıq dayanmayacaq”, - deyə Mehrabyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Lukaşenko  


Bizi "telegram"da izləyin