Erməni politoloq: “Cənubi Qafqaz artıq Rusiyaya aid deyil”

2022/11/maxre-1667471731.jpg
Oxunub: 538     17:41     25 Noyabr 2022    
“KTMT-nin sıfırdan qurulmasına cəhd edilir, lakin o köhnəlib”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qurqen Simonyan deyib.

Onun sözlərinə görə, Ermənistanın təhlükəsizlik sistemi pozulub, ölü bir quruluşdan danışmaq vaxtı keçib.

“Rusiya hərbi məğlubiyyətini nə qədər görməməyə çalışsa da, yenə də güclü zərbə alıb. Cənubi Qafqaz artıq Rusiyaya aid deyil”, - deyə Simonyan qeyd edib.

Simonyan bildirib ki, hərbi məğlubiyyət Putinin Ermənistanın suverenliyinə olan iştahasını azaldıb.

“Dəhliz Rusiya-Türkiyə gözləntiləri kontekstində idi. Rusiya geri çəkilib, Türkiyə isə geri çəkilməyib”, - deyə erməni politoloq vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin