Erməni politoloq: “Əgər İran-Azərbaycan münaqişəsi olarsa, ABŞ Azərbaycanı dəstəkləyəcək”

2022/09/c21ec-1663160074.jpg
Oxunub: 315     14:11     25 Noyabr 2022    
“Türkiyənin hücumu ABŞ-ın razılığı ilə həyata keçirilməyib. ABŞ “Suriya kürdləri”nə (YPG/PYD – red.) hücuma qarşıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Armen Vardanyan deyib.

Onun sözlərinə görə, oyun fərqli məntiq üzərində qurulub, Ərdoğan geosiyasi reallıqlardan istifadə edir.

Ermənistan-İran münasibətlərinə toxunan erməni politoloq hesab edir ki, İranın rolunu nə şişirtmək, nə də qiymətləndirməmək lazımdır.

“İran başa düşür ki, Türkiyə-Azərbaycan tandemi təkcə Ermənistanı təhdid etmir. Əgər İran Ermənistan-Azərbaycan münaqişəsinə qarışsa, ABŞ buna etiraz etməz. Əgər İran-Azərbaycan münaqişəsi olarsa, ABŞ Azərbaycanı dəstəkləyəcək”, - deyə Vardanyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin