Erməni ictimai xadim: “Ermənistan KTMT-dən bir an öncə çıxmalıdır”

2022/06/1654590187.jpg
Oxunub: 214     15:59     25 Noyabr 2022    
İrəvanda KTMT-nin sammiti keçirilib, buna paralel olaraq quruma və xüsusən də Rusiyaya qarşı etiraz aksiyası keçirilib, bir qrup şəxs isə Rusiya prezidenti Vladimir Putini dəstəkləyən pankartlarla onu qarşılayıb.

Ordu.az-ın məlumatına görə, erməni ictimai xadim Davit Sanasaryan bildirib ki, Ermənistan sakinləri aksiya ilə guya ölkələrinin “demokratik ölkə” olduğunu göstəriblər.

Sanasaryanın sözlərinə görə, antierməni strukturundan çıxmaq üçün hər şey edilməlidir.

“Ermənistan İlham Əliyevin müttəfiqi olan KTMT-dən bir an öncə çıxmalıdır. Hakimiyyət bunu başa düşə bilər, amma bu, vaxt aparır. KTMT mexanizmi Putinə lazım olanda işləyir, indi isə yox. Gecikmə ölümcül ola bilər, Peskovlar qərar vermir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin