Separatçılar arasında münasibətlər gərgindir| “Kütlə “layihə”nin əleyhinə idi”

2022/11/1669361617.jpg
Oxunub: 164     14:45     25 Noyabr 2022    
“Qarabağda baş verənlər “konstitusiya islahatları” deyildi, yanlış “islahatlar” idi və yaxşı ki, belə bir qərar verildi. Bu, yeri gəlmişkən, ictimai müqavimətlə bağlıdır”.

Ordu.az xəbər verir ki, bunu qondarma qurumun “nümayəndəsi” Artur Osipyan deyib.

Onun sözlərinə görə, baş verənlərdən çox az adam xəbərdar olsa da, “dəyişikliklər prosesi” normal işıqlandırılmasa da, prosesdən xəbərdar olan kütlə “layihə”nin əleyhinə idi.

“Məhz bu müqavimət “hakimiyyət”in (separatçılar-red.) öz planını geri götürməsinin səbəbidir. Azərbaycanda paralel danışıqlar gedir ki, onlar Qarabağdakı qondarma “parlament”lə danışacaqlar. Bilmirəm təsadüfdür, yoxsa yox, amma çox yaxşıdır ki, alınmadı. Yeri gəlmişkən, bu o demək deyil ki, biz “konstitusiya dəyişiklikləri”nin əleyhinəyik. Əksinə, ilk biz dedik ki, burada “hakimiyyət dəyişikliyi”nə imkan verəcək belə “dəyişikliklər” lazımdır. Soçidəki görüş ərəfəsində baş tutan mitinqin səs-küyü altında “konstitusiya dəyişiklikləri layihəsi”ni irəli sürürdülər. Amma əsas odur ki, bu variant alınmadı”, - deyə Osipyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin