Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, Respublikaçılar Partiyasının üzvü Hayk Mamicanyan jurnalistlərlə söhbətində deyib.
O, Ermənistanda vəziyyətin bundan sonra da pisləşəcəyinə əminliyini ifadə edib.
Mamicanyan xatırladıb ki, 2016-cı ilin oktyabrında Ermənistan yenidən KTMT-yə sədrlik edərkən, hərbi əməliyyatlardan bir neçə ay sonra da təşkilatın iclası keçirilib.
Onun sözlərinə görə, həmin vaxt KTMT-nin birgə bəyanatı qəbul edilib.
“Üstəlik, o vaxtdan bəri Rusiya və Belarus liderləri dəyişməyib, Qazaxıstan prezidenti isə Nazarbayev olub. Bəyanatda “xalqların öz müqəddəratını təyinetmə hüququ”ndan, Vyana və Sankt-Peterburq müqavilələrinin əhəmiyyətindən açıq-aydın danışılıb, bir sıra başqa ermənipərəst məqamlar da var idi. Üstəlik, söhbət Ermənistan ərazisindən yox, Qarabağ ərazisindən gedirdi. Yəni problem KTMT-də, yoxsa Ermənistan rəsmilərindədir? Bəlkə də KTMT-nin baş katibini geri çağırmadan və ya dəyişmədən siyasi motivlərlə cinayət təqibi başlatmağa dəyməzdi”, - deyə Mamicanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az