“Ermənistanın KTMT-də heç bir dostu yoxdur” - Navasardyan

2018/06/345345_1527936914.jpg
Oxunub: 209     15:21     25 Noyabr 2022    
“KTMT sammitində gündəmdə olan məsələlərdən biri də Ukraynadakı müharibə və onun KTMT-yə üzv ölkələr üçün fəsadları olub”.

Ordu.az xəbər verir ki, bunu İrəvan mətbuat klubunun sədir Boris Navasardyan deyib.

Onun sözlərinə görə, Ermənistanın hər hansı addım atmağa borclu olduğunu hiss etməməsi vacibdir.

Navasardyan bildirib ki, KTMT sammitinin beynəlxalq ictimaiyyətdə mənfi təəssürat yaradacağını düşünmür.

“Ermənistanın KTMT-də heç bir dostu yoxdur, bizim heç bir hərbi dəstəyimiz ola bilməz. Ermənistan o qədər çətin vəziyyətdə idi ki, bu illər ərzində başqa təhlükəsizlik təminatları axtarmadı”, - deyə Navasardyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin