Erməni hərbi qulluqçunun atası: “Polislər Nikolun şəxsi istifadə “tryapka”larıdır”

2022/11/dssdc-1669361444.jpg
Oxunub: 168     19:28     25 Noyabr 2022    
“Biz o polisləri eyniləşdirmişik, bu, İstintaq Komitəsinin funksiyasıdır, çünki deyirlər ki, polisə yazırıq, bizi “paslat” edirlər”.

Ordu.az xəbər verir ki, bunu 44 günlük müharibədə ölmüş erməni hərbi qulluqçu Mxitar Qaleyanın atası Qarik Qaleyan Ermənistan İstintaq Komitəsinin qarşısında etiraz aksiyası zamanı deyib.

Qeyd edək ki, söhbət sentyabrın 21-də “Yerablur”da ölmüş hərbi qulluqçuların valideynlərinə qarşı zorakılıq edən polis əməkdaşlarından gedir və faktla bağlı araşdırma aparılır.

“Bu ölkədə nə qədər güc strukturları var, hamısı bir-birinin əleyhinə işləyir və ölkəyə xeyir verən hər hansı bir şey etmirlər. Mən prokurorluğu, İstintaq Komitəsini, Milli Təhlükəsizlik Xidmətini, polisi demirəm, bunlar Nikolun şəxsi istifadə “tryapka”larıdır”, - deyə Qaleyan bildirib.

Erməni hərbi qulluqçunun atası vurğulayıb ki, Ermənistan İK-dən hələ dindirilməmiş zərərçəkənlər olduğunu deyirlər.

“Yaxşı, artıq dindirilən zərərçəkənlər var, onlar haqqında nə etmisiniz, polisi müəyyənləşdirmisiniz? Bilirik ki, 5-6 nəfəri ittiham edəcəklər, bu beretli hambalların bəzilərini “günah keçisi” edəcəklər. Bəs onları həbs etmək əmrini kim verib? Axı Nikol Paşinyanın “Yerablur”a gəlməyə nə haqqı var?”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Müharibə  


Bizi "telegram"da izləyin