Müharibədə məhv edilmiş erməni hərbçilərin valideynləri inzibati məsuliyyətə cəlb oluna bilər

2022/10/yerbl-1666434736.jpg
Oxunub: 164     11:35     25 Noyabr 2022    
“Ermənistan polisinin 44 günlük müharibədə ölən hərbi qulluqçuların valideynlərinə qarşı inzibati məsuliyyətə cəlb edilmə tələbi ilə bağlı qaldırdığı iddianı qəbuledilməz hesab edirəm”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Taquhi Tovmasyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, öənlərin valideynlərinə qarşı amansız güc tətbiq edənlər cəza almaq əvəzinə valideynləri cəzalandırmağa çalışırlar.

“Eyni faktiki halla bağlı iki cinayət və inzibati prosesin eyni vaxtda başlanması və həyata keçirilməsi də yolverilməzdir, əgər bu iki proses bir-birindən müstəqildirsə, istintaqın aparılması üçün eyni əsas ola bilməz. Yerablurda baş verən hadisələr yüksək səviyyədə şəffaflıq təmin edilməklə tam, çoxşaxəli, obyektiv araşdırmaya ehtiyac duyur. Aydındır ki, polis Nikol Paşinyana və onun siyasi komandasına xoş gəlmək üçün ölmüş hərbi qulluqçuların valideynlərini yerə yıxıb, bu, son dərəcə pislənilir”, - deyə Tovmasyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin