Akar: Türkiyə Suriyada koalisiya qüvvələrinə zərər vurmaq niyyətində deyil

2022/05/hulus-1653996171.jpg
Oxunub: 162     11:27     25 Noyabr 2022    
Türkiyə Suriyada koalisiya qüvvələrinə və ya mülki şəxslərə zərər vurmaq niyyətində deyil.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, Türkiyənin tək hədəfi var, o da terrorçulardır.

“Terrorçu haradadırsa, hədəfimiz də budur. Ən mühüm prinsipimiz mülki şəxslərə və ətraf mühitə zərər verməməkdir. Ölkəmizin və millətimizin hüquq və haqlarını hər yerdə müdafiə edirik. Bununla belə, Kipr, Azərbaycan, Liviya kimi dost və qardaş ölkələrin haqlı işlərində onların yanında olmağa davam edirik”, - deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin