Türkiyə ordusu Suriya və İraqda keçirilən əməliyyatlarda 326 terrorçunu zərərsizləşdirib

2022/11/thumb-1669360760.jpg
Oxunub: 247     11:17     25 Noyabr 2022    
“Suriya və İraqın şimalında keçirilən “Pəncə-Qılınc” hərbi əməliyyatlarında indiyədək 326 terrorçu zərərsizləşdirilib”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, əməliyyat havadan və qurudan atəşə dəstək vasitələri ilə davam edir: “Biz mülki şəxsləri və hansısa koalisiya güclərini hədəf almırıq”.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni antiterror əməliyyatına başladığı elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Türkiyə  


Bizi "telegram"da izləyin