Peruda Sakit Okean İttifaqının sammiti keçirilir

2022/11/1669353154.jpg
Oxunub: 202     06:06     25 Noyabr 2022    
Peruda Sakit Okean Alyansına daxil olan ölkələrin prezidentlərinin görüşü keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə “Twitter“ hesabında Meksika Xarici İşlər Nazirliyi regional assosiasiyada iştirak edən dövlətlərin Nazirlər Şurasının Mexikoda keçirilən iclasının yekunlarına dair məlumatında bildirilib.

Meksikanın xarici işlər naziri Marselo Ebrardın sözlərinə görə, forumun keçirilmə tarixi yaxın vaxtlarda məlum olacaq.

Kolumbiya, Meksika, Peru və Çilinin daxil olduğu sammit bu həftə Mexikoda baş tutmalı idi.

Tədbir Peru parlamentinin prezident Pedro Kastilonun ölkəni tərk etməsinə qaadağa qoyduğu üçün təxirə salınmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sakit-okean  


Bizi "telegram"da izləyin