Uolles: “Ukrayna qışda hücumu davam etdirməlidir”

2022/02/677-1643732817.jpg
Oxunub: 175     06:49     25 Noyabr 2022    
Ukrayna ordusu döyüş meydanındakı üstünlüklərindən yararlanmaq üçün qışda hücumu davam etdirməlidir.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildriib.

Onun sözlərinə göə, hər həftə ukraynalı həmkarına məhz bu cür məsləhətlər verir.

“Ukraynalıların təlim, təchizat və ordunun yüksək keyfiyyəti ilə ruhdan düşmüş, pis təlim keçmiş və zəif təchiz olunmuş ruslara qarşı üstünlüklərini nəzərə alsaq, qışda sürəti davam etdirmək Ukraynanın maraqlarına uyğun olardı”, - deyə britaniyalı nazir bildirib.

Uollesin sözlərinə görə, Ukrayna hərbçiləri artıq 300 min dəst qış forması alıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Britaniya  


Bizi "telegram"da izləyin