Zelenski: "Ukrayna Silahlı Qüvvələri hücuma hazırlaşır"

2022/07/2d55a-1658514286.jpg
Oxunub: 200     04:29     25 Noyabr 2022    
Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna hərbçiləri cəbhənin bütün istiqamətlərində əsas mövqeləri qoruyub saxlayır, bəzi bölgələrdə irəliləməyə hazırlaşırlar.

"Biz ön cəbhə xəttindəki vəziyyəti çox diqqətlə və ətraflı araşdırdıq. Nə qədər çətin olsa da, bütün istiqamətlərdə əsas mövqeləri saxlayırıq. Bizim uşaqlar (hərbçilər - red) cəsarətlə müdafiə olunurlar. Elə sahələr var ki, orada irəliləməyə hazırlaşırıq”, - Prezident axşam videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, ərazilərə işğalçılar tərəfindən əlavə qüvvələrin köçürülməsi də qeydə alınıb.

“Biz onların bu qüvvələrini “mənfiləşdirmək” üçün hər şeyi edirik”, - dövlət başçısı bildirib.

O, Ukrayna üçün döyüşən və çalışan hər kəsə təşəkkür edib.

"Doqquz aylıq genişmiqyaslı müharibəyə tab gətirdik və Rusiya bizi sındırmaq üçün bir yol tapmadı və tapa bilməyəcək. Biz bu cür dayanmağa davam etməliyik! Birlikdə və bir-birimizə kömək edərək", - Prezident vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin