Fransa və Britaniya Makronun NATO-nun yeni rəhbəri ilə bağlı gizli planına görə mübahisə edib

2022/11/62a9b-1668877356.jpg
Oxunub: 161     23:43     24 Noyabr 2022    
Fransa Prezidenti Emmanuel Makronun Birləşmiş Krallığın müdafiə naziri Ben Uollesin NATO-nun baş katibi təyin edilməsinə mane olmaq planları aşkarlandıqdan sonra onun bu niyyəti Britaniya deputatlarının qəzəbinə səbəb olub.

Ordu.az xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb. Məlumata görə, britaniyalı deputatlar Fransa Prezidentinin bu fikrindən hiddətləniblər.

Nəşr yazıb ki, Fransa lideri alyansın baş katibi postuna istənilən britaniyalı və ya türk namizədi təyin edərkən veto hüququndan istifadə etməyi planlaşdırır.

"Makronun ingilisofobiyası məyusedicidir, lakin o, ən azı ardıcıldır", - mühafizəkar deputat Endryu Bridgen deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Britaniya  


Bizi "telegram"da izləyin