BMT İranda insan hüquqları pozuntularını araşdırmaq üçün missiya yaradır

2022/11/1668269100.jpg
Oxunub: 182     21:36     24 Noyabr 2022    
BMT-nin İnsan Hüquqları Şurası Cenevrədə keçirilən xüsusi sessiyada İranda etirazlar zamanı insan hüquqları pozuntularını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılmasını nəzərdə tutan qətnaməni qəbul edib.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ və digər Qərb dövlətləri tərəfindən irəli sürülən bu sənəd 47 nümayəndə heyətindən 25-i tərəfindən bəyənilib, altı ölkə qətnamənin əleyhinə səs verib, 16 dövlət isə bitərəf qalıb.

Qətnamədə bildirilir ki, Şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İranda insan hüquqlarının pozulmasını hərtərəfli və müstəqil şəkildə araşdırmaq olacaq. Missiya mümkün pozuntularla bağlı faktları və şəraiti müəyyən etməli, həmçinin sübutları toplamalı, təhlil etməlidir.

Şuranın 2023-cü ilin yayında baş tutacaq 53-cü sessiyasında bununla bağlı hesabat təqdim ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Missiya  


Bizi "telegram"da izləyin