Ömər Çelik: “Türkiyə İsveç və Finlandiyanın terrorla mübarizədə real addımlar atmasını gözləyir”

2022/05/1653932891.jpg
Oxunub: 188     20:42     24 Noyabr 2022    
“Türkiyə İsveç və Finlandiyanın terrorla mübarizədə real addımlar atmasını gözləyir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə deyib.

Çelik qeyd edib ki, Ankara sözünün üstündə durmayan çoxlu Qərb müttəfiqləri görüb.

"Türkiyə terrorla mübarizədə real addımları görəndə İsveç və Finlandiyanın NATO-ya qəbulunu təsdiq edəcək", - Çelik bildirib.

İyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, o vaxt İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Stokholm və Helsinkinin NATO-ya daxil olmasına icazə verən memorandum imzalanıb.

Ankara bəyan edib ki, Finlandiya və İsveçlə imzalanmış memorandum yekun deyil, iki ölkə terror təşkilatlarına qarşı mübarizə üzrə orada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsə, Türkiyə parlamenti onu təsdiq etməyə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İsveç   Finlandiya  


Bizi "telegram"da izləyin