Macarıstan gələn il İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edəcək

2022/10/1666587174.jpg
Oxunub: 185     20:03     24 Noyabr 2022    
Gələn ilin yanvarında Macarıstan İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətini təsdiqləyəcək.

Ordu.az "Bloomerg"ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Slovakiyada mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, Macarıstan parlamenti gələn ilin yanvarında keçiriləcək ilk sessiyasında İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair protokolları ratifikasiya edəcək.

"Macarıstan Skandinaviya ölkələrinin üzvlüyünü dəstəkləyir", Baş nazir Orban deyib.

Xatırladaq ki, Türkiyə və Macarıstan ratifikasiya prosesini tamamlamayan sonuncu NATO ölkələrdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   NATO  


Bizi "telegram"da izləyin