Rumıniya Parlamenti Qolodomoru insanlığa qarşı cinayət kimi tanıyıb

2022/11/1669304000.jpg
Oxunub: 182     19:17     24 Noyabr 2022    
Rumıniya Parlamenti Qolodomoru insanlığa qarşı cinayət kimi tanıyıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk "Twitter"də bildirib.

"1932-1933-cü illərdə törədilən Qolodomorun insanlığa və Ukrayna xalqına qarşı cinayət kimi tanınması haqqında Bəyannamənin qəbul edilməsinə görə Rumıniya Parlamentinə minnətdaram. Tarixi ədalətin bərpası Ukrayna üçün vacibdir, çünki 90 il əvvəl totalitar rejim aclığı məqsədli şəkildə ukraynalılara qarşı silah kimi istifadə edib", Stefançuk deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Qolodomor  


Bizi "telegram"da izləyin