Toivo Klaarın Azərbaycana səfərinin məqsədi açıqlanıb - YENİLƏNİB

2020/05/22-1588929413.jpg
Oxunub: 304     18:35     24 Noyabr 2022    
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar 25-26 noyabr tarixlərində Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli müntəzəm məsləhətləşmələr aparmaq üçün bu axşam Bakıya gəlir.

Ordu.az xəbər verir ki, bu barədə Toivo Klaarın ofisindən bildirilib.

Qeyd olunub ki, bu məsləhətləşmələrdə Aİ-Azərbaycan əməkdaşlığının gündəliyi və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunacaq.

***

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə T.Klaar tviterdə yazıb.

Onun sözlərinə görə, Vyanada Cenevrə müzakirələrinin həmsədrləri ilə faydalı görüşlər keçirib və indi Bakıya mühüm görüşlər üçün səfər edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin