XİN rəhbəri: "Erməni silahlı dəstələri Azərbaycan ərazilərini tam tərk etməyib"

2022/09/1664081002.jpg
Oxunub: 251     17:18     24 Noyabr 2022    
Ermənistan üçtərəfli bəyanata uyğun öhdəliklərini tam yerinə yetirmir. Bu, qəbuledilməzdir.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, avqust ayından bəri Azərbaycan ərazilərində 2700-ə yaxın Ermənistan istehsalı minalar aşkar olunub ki, bu minalar da 2021-ci ildə istehsal olunub.

XİN rəhbəri vurğulayıb ki, bununla bağlı lazımi beynəlxalq qurumlar məlumatlandırılıb.

“Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi qəbuledilməzdir və post-münaqişə dövründə normallaşma prosesinə zərbədir”, - nazir qeyd edib.

Ceyhun Bayramov onu da vurğulayıb ki, erməni silahlı dəstələri hələ də Azərbaycan ərazilərini tam tərk etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Ermənistan  


Bizi "telegram"da izləyin