Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib

2022/11/43368-1667881300.jpg
Oxunub: 529     17:34     24 Noyabr 2022    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib

Ordu.az-ın xəbərinə görə, o, jurnalistlərə açıqlamasında Ermənistanın Laçın dəhlizindən razılaşmalara zidd formada istifadə etdiyini bildirib.

Nazir deyib ki, üçtərəfli bəyanata əsasən dəhlizin prinsipləri və istiqamətləri var: “Ancaq dəhliz buna zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır. Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam edəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Ermənistan  


Bizi "telegram"da izləyin