XİN başçısı: “Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir”

2022/05/1651912607.jpg
Oxunub: 226     17:33     24 Noyabr 2022    
“Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir”.

Ordu.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın bu addımları postmünaqişə dövründə münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir:

“Üçtərəfli bəyanatın fundamental prinsipləri pozulur. Həmin prinsiplər sırasında yer almış bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetirilmir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Üçtərəfli  


Bizi "telegram"da izləyin