BMT: İranda 14 min etirazçı həbs olunub, 300-dən çoxu öldürülüb

2022/02/d079d-1645507672.jpg
Oxunub: 146     16:28     24 Noyabr 2022    
“Əldə etdiyimiz məlumata əsasən, İranda etiraz aksiyaları zamanı uşaqlar da daxil olmaqla 14 min nəfər saxlanılıb, 300-dən çox insan öldürülüb. Qətlə yetirilənlərdən 40-ı uşaqdır”.

Ordu.az xəbər verir ki, bunu BMT-nin İnsan Hüququları üzrə ali komissarı Folker Türk noyabrın 24-də qurumun İnsan Hüquqları Şurasının xüsusi iclasında bildirib.

Onun sözlərinə görə, Mehsa Əmininin qətlinə etiraz olaraq sentyabrın 16-dan İranda davamlı etiraz aksiyaları keçirilir: “İranın 31 əyalətinin 150 şəhərində və 140 universitetində etiraz aksiyaları olub. Etnik azlıqların yaşadığı regionlar daha çox qurban veriblər”.

Ali komissar deyib ki, etnik azlıqların parlamentdəki nümayəndələri etiraz aksiyalarını zorakılıq yolu ilə yatırdığına görə İran hakimiyyətini tənqid edib.

Qeyd edək ki, İranın rəsmi mənbələri 2500 yaxın aksiya iştirakçının həbs olunduğunu açıqlayıb. Onların 4 barəsində edam hökmünün çıxarılmasına dair məlumatlar yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   İran  


Bizi "telegram"da izləyin