Prezident: Azərbaycanın Vatikandakı səfirliyi əməkdaşlığın dinamizminə xidmət göstərəcək

2022/11/637f5-1669291607.jpg
Oxunub: 173     16:06     24 Noyabr 2022    
Azərbaycanın Vatikanda ayrıca səfirliyi fəaliyyətə başlayacaq.

Ordu.az xəbər verir ki, bunu bu gün noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdə yeni təyin olunmuş apostol nunsisi arxiyepiskop Marek Solçinskinin etimadnaməsini qəbul edərkən bildirib.

Dövlət başçısı bunun əməkdaşlığın dinamizminə xidmət göstərəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyduğunu bildirib və bunu mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirərək, Azərbaycan tərəfinin bu işi davam etdirməyə hazır olduğunu deyib. Prezident İlham Əliyev ölkəmizdə mütəmadi keçirilən mədəniyyətlərarası dialoq forumunun bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vatikan   İlham-Əliyev  


Bizi "telegram"da izləyin